Hər gün evimizdə istifadə etdiyimiz bəzi adi əşyalar, məsələn plastik qablar, yapışmayan tavalar, kosmetik vasitələr və hətta ətirli sabunlar uşaq sahibi olma qabiliyyətini azalda bilər.
Sonxeber.az xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edir.
Elm adamları bildirir ki, bu əşyaların tərkibində olan endokrin sistemi pozan kimyəvi maddələr (PFAS, BPA və ftalatlar) orqanizmdə hormon balansını dəyişdirir, bu isə həm qadınlarda, həm də kişilərdə məhsuldarlığa mənfi təsir göstərir.
Britaniyanın Imperial College London universitetinin mütəxəssisləri qeyd edirlər ki, bu kimyəvi maddələr qida, hava və dəri vasitəsilə bədənə daxil olur və zamanla yumurtalıqlarda və sperma hüceyrələrində yığılaraq reproduktiv funksiyanı zəiflədir.
Alimlər bu yollarla riski azaltmağı tövsiyə edir:
Plastik qabları mikrodalğada qızdırmayın və isti günlərdə avtomobildə su butulkası qoymayın.
Yapışmayan tavaları paslanmaz polad və ya keramika ilə əvəz edin.
İşlənmiş və qablaşdırılmış qidaları, qazlı içkiləri azaldın.
"Ətirsiz" və "ftalatsız" kosmetika və təmizlik məhsulları seçin.
Vinil pərdələr, plastik xalçalardan uzaq durun.
Bu kimyəvi maddələrin tamamilə qarşısını almaq çətin olsa da, gündəlik vərdişlərdə kiçik dəyişikliklər gələcəkdə uşaq sahibi olma ehtimalını artırmağa kömək edə bilər.(milli.az)
2025-10-14
23:30:12
Hər Evdə Var! - Bu əşyalar Sizi Sonsuzlaşdırır
Digər Xəbərlər
-
Məşhur Futbolçu Ailəsi Ilə Parkda Görüntüləndi – Gizlənmək üçün üzünə şərf Bağladı
2025-10-15 14:32:10 -
"Arka Sokaklar"ın Hüsnü Çobanı Sosial Medianın Gündəmində – Tamaşaçı "Serialdan Getmə" Deyə Yalvardı
2025-10-15 14:06:11 -
Belarus Azərbaycana Süd Konservlərinin Tədarükünə Başlayacaq
2025-10-15 11:38:06 -
1762-ci Ildən Qalan Tablo Illərlə Hamını "aldadıb" - Marie Antoinette Deyilmiş
2025-10-14 23:46:11 -
İnsultu Artıran Təhlükəli Qida – Hamı Yeyir
2025-10-14 22:31:11