Sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb və geniş müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, İstanbulda qız istəməyə gedən bir ailənin qeyri-adi davranışı izləyənlərin diqqətini çəkib. Görüntülərdə bəy namizədi və onun qohumlarının Müslüm Gürsesin məşhur mahnısının sədaları altında fişənglər yandıraraq avtomobil karvanı ilə hərəkət etdikləri əks olunub.
Ailə üzvləri bu formada qızın yaşadığı ünvana gəliblər. Qeyri-adi və səs-küylü qız istəmə mərasimi ətrafda yaşayan qonşuların marağına səbəb olub. Hadisənin şahidi olan sakinlər baş verənləri mobil telefonları ilə lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.
Qısa zamanda yayılan görüntülər izləyicilər arasında "hələ belə qız istəməyə gedən olmamışdı" kimi şərhlərlə geniş müzakirələr yaradıb.
2026-01-10
23:31:09
Hələ Belə Qız Istəməyə Gedən Olmamışdı - VİDEO
Digər Xəbərlər
-
Naqillər üzərinə Qonan Quşları Niyə "tok" Vurmur? - Fenomenin Fizikası
2026-01-11 10:41:11 -
Tənəffüs Yollarında Səssiz Inkişaf Edən Xəstəliklər - Pnevmoniya Necə Aşkar Olunur?
2026-01-11 10:11:06 -
Qiyməti 4 Manatdan Başlayır - ASILILIQ YARADIR
2026-01-11 00:13:10 -
Soyuq Havalarda Kombinin Temperaturunu Yüksəltməyin: Səbəb
2026-01-10 23:51:10 -
Evdəki Partlamağa Hazır Bombalar: Hansı Cihaz Nə Dərəcədə Risk Daşıyır?
2026-01-10 23:41:09