ABŞ-ın Arizona ştatında inanılmaz hadisə yaşanıb. Bir uşaq evin həyətindəki hovuzda boğulduqdan sonra həkimlər tərəfindən öldüyü təsdiqlənib.
Lakin, 5 saat sonra uşaq qəfildən dirilib! Bu xəbər yerli əhalini şoka salıb.
Polis idarəsindən verilən məlumata görə, uşaqda həyat əlamətləri görünəndən sonra dərhal xəstəxanaya çatdırılıb.
Təcili yardım həkimi Frenk Lovekkio bu hadisəni əsl möcüzə adlandırıb. Onun fikrincə, soyuq suyun təsiri ilə uşağın nəbzi çox yavaşlayıb və bu, yanlış ölüm təsdiqinə səbəb olub.
Lovekkio, tibbdə heç vaxt "heç vaxt" deməmək lazım olduğunu vurğulayıb.