"Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ukrayna üzrə qondarma könüllülər koalisiyasının iclasının iştirakçılarına onlayn müraciətində bildirib.
"Fidan Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini, qeyd-şərtsiz atəşkəsin təmin olunmasına dəstəyini və bu istiqamətdə göstərilən səyləri bəyan edib. O qeyd edib ki, atəşkəs təmin olunacağı təqdirdə, Türkiyə ona əməl olunmasına nəzarət etmək üzrə üzərinə düşən missiyanı yerinə yetirməyə hazırdır", - deyə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər.
Mənbə: https://sonxeber.az