Zəif internet və mobil siqnal bir çox insanın gündəlik problemidir.
Ekspertlərin sözlərinə görə, problemin səbəbi yalnız şəbəkə yüklənməsi və ya uzaqda yerləşən baz istasiyaları deyil, həm də evdəki bəzi əşyalar ola bilər.
Köhnə elektron cihazlar, məsələn, mikrodalğalı soba elektromaqnit müdaxiləsi yarada bilər və telefonla danışıq zamanı siqnalın zəifləməsinə səbəb ola bilər. Wi-Fi routerləri də müəyyən dərəcədə təsir göstərir, xüsusilə də cihaz istifadə olunan kanalın çox yüklü olduğu hallarda.
Rusiyalı mühəndis Olya Sakaeva bildirir ki, həm mobil əlaqəni, həm də internet sürətini yaxşılaşdırmaq üçün sadə üsullar var. İlk növbədə, cihazı yenidən işə salmaq və SIM-kartanın işlək olduğunu yoxlamaq tövsiyə olunur. Siqnalın zəif olduğu yerdən pəncərə yaxınlığına keçmək və ya balkona çıxmaq da effektiv üsullardandır.
Daha ciddi həll yolları arasında repeaterlər və siqnal gücləndiricilər var. Onları yalnız etibarlı satıcılardan almaq və əvvəlcə mütəxəssislə məsləhətləşmək vacibdir.//Milli.az
2025-10-19
00:17:09
Evdəki Bu əşyalar Internetin Sürətini ZƏİFLƏDİRMİŞ - AÇIQLAMA
Digər Xəbərlər
-
IPhone 17 Pro Max Alanlar PEŞMAN OLDULAR
2025-10-19 00:19:06 -
Pəncərələri Qış Rejiminə Necə Keçirtmək Olar?
2025-10-19 00:15:07 -
Qızılın Qiyməti 120 Dollardan çox Azaldı
2025-10-18 23:51:10 -
Qiymənin Içinə 1 Parça əlavə Edin - Çox Ləzzəti Olur, Köhnəlmir
2025-10-18 23:31:07 -
"ChatGPT" Sayəsində 100 Min Dollar Qazandı
2025-10-18 20:11:09