Əksər insanlar bilir ki, əti əvvəlcədən, ya bir gecə öncə, ya da bir neçə saat əvvəl dondurucudan çıxarmaq lazımdır ki, o tam ərisin. Lakin TikTok istifadəçisi enerji sərf etmədən ətin daha tez əriməsinə imkan verən maraqlı üsulu göstərib.
Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Yemək blogeri qiymə və kartofdan rulet hazırlayarkən donmuş qiyməni iki böyük metal qazan arasında qoyub. Biri masanın üzərinə tərs çevrilmiş vəziyyətdə qoyulub, qiymə paketini onun üzərinə yerləşdirib, sonra isə üstünə ikinci qazanı qoyub. 
Nəticədə, yeməyi bişirməyə davam edən qadın, qiyməni istifadə edəcəyi vaxta qədər onun tamamilə əridiyini görüb.
Bu üsul necə işləyir? 
 Metal istiliyi çox yaxşı keçirir və ətraf mühitdən istiliyi sürətlə udur. İki metal qazan arasındakı bu üsul ətin ərimə prosesini xeyli sürətləndirir. Üstəlik, prosesi daha da tezləşdirmək üçün yuxarıdakı qazanı ilıq su ilə doldurmaq da mümkündür.
Ətin qalınlığı və növü ərimə müddətinə təsir etsə də, bu üsul sadəcə otaq temperaturunda ərimədən xeyli sürətli nəticə verir.
Əti əridərkən nələrə diqqət etmək lazımdır? 
 Böyük Britaniyanın Qida Standartları Agentliyi bildirir ki, ətin əriməsinin ən təhlükəsiz yolu onu soyuducuda saxlamaqdır. Bu, ətin həddindən artıq isinməsinin və bakteriyaların çoxalmasının qarşısını alır.
Ət tam əridikdən sonra isə onu 24 saat ərzində bişirib istehlak etmək vacibdir, çünki bu müddətdən sonra təzə ət kimi tez xarab olur.
2025-11-03
20:16:09                                                        
Əti Tez əritməyin Yolu - Maraqlı üsul
Digər Xəbərlər
- 
                
İnsultu Daha çox Kasıblar Keçirir - Araşdırmalar Belə Deyir...
2025-11-03 23:31:09 - 
                
Lekler Evlənir - Fotolar
2025-11-03 22:01:06 - 
                
Şampuna Yarım çay Qaşığı əlavə Edin - ŞOK NƏTİCƏNİ Görün
2025-11-03 21:31:10 - 
                
Ədəbiyyatın şəfa Gücü: Kitablarla Sağalmaq Mümkündürmü?
2025-11-03 21:16:09 - 
                
Ən Təhlükəli Dörd Mövsüm Təkərləri - SİYAHI
2025-11-03 21:00:12