Ən Təhlükəli Dörd Mövsüm Təkərləri - SİYAHI

Almaniyanın "AutoBild" jurnalı bütün fəsillər üçün nəzərdə tutulmuş təkərlərin sınaq nəticələrini dərc edib. Oxu.Az nəşrə istinadən xəbər verir ki, testlərdə 100 km/saat sürətlə quru yolda və 80 km/saat sürətlə yaş asfaltda əyləcləmə sınaqları aparılıb. Qənaətbəxş nəticə hesab olunan əyləc məsafəsi 66.9 metrdən çox olmamalıdır. Ən zəif nəticə göstərən təkərlər siyahısına aşağıdakı modellər daxil edilib: "Tigar All Season", "Imperial All Season Driver", "Star Performer Solar 4S", "Nankang Cross Seasons AW-6", "Debica Navigator 3", "Davanti Alltoura", "Fulda MultiControl", "Berlin Tires All Season" və "Goodride All Season Elite Z-401".