Döş xərçəngi riskini artıran təhlükəli vərdişlər!
Onkoloq Keyli Bhanqdia xanımlara xəbərdarlıq edərək, bəzi gündəlik vərdişlərin döş xərçənginə səbəb ola biləcəyini bildirib. Həkimin sözlərinə görə, qırmızı ətin həddindən artıq qəbulu döş xərçəngi riskini təxminən 11% artırır.
Siqaret çəkmək və passiv siqaretə məruz qalmaq halları isə xərçəngin yaranmasına 8% səbəb olur. Qanda şəkər səviyyəsinin yüksək olması (6%), piylənmə (4%), alkoqoldan sui-istifadə (2%) və fiziki aktivliyin aşağı olması (2%) də risk faktorlarındandır.
Onkoloq Marie Nq qeyd edib ki, bu amillərin hamısı qadınların həyat tərzi ilə əlaqəlidir. Sağlam həyat tərzinin təşviqi gələcək nəsillərdə döş xərçəngi riskini azalda bilər.