Dini Nikahda Hədiyyə Mübahisəsi: Gəlin Bəydən 10 Qram Qızıl Istədi, Imam Etiraz Etdi - VİDEO

Türkiyədə dini nikah zamanı gəlinin hədiyyə olaraq 10 qram qızıl tələb etməsi mübahisəyə səbəb olub. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gəlinlə bəyi evləndirən imam, istənilən hədiyyə miqdarının İslam hüququna görə müəyyən edilmiş minimum həddən aşağı olduğunu bildirib. Gəlin isə tələb etdiyi 10 qram qızılın özünə yetərli olduğunu vurğulayaraq məbləğdə israr edib. Hadisə zamanı bəyin mübahisəyə qarışmaması və yalnızca gülümsəməsi isə diqqət çəkib. İmam, dini qaydalara uyğunluğu təmin etmək üçün hədiyyənin müəyyən edilmiş minimum miqdardan az olmamasının vacibliyini xatırladıb. Hadisə sosial şəbəkələrdə müzakirə mövzusu olub.