Beynəlxalq arxeoloq və kimyaçılardan ibarət qrup dünyada zəhərli silahdan istifadənin ən qədim sübutlarını aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Science Advances" jurnalında dərc olunan araşdırmada məlumat verilir.
Qeyd olunur ki, Cənubi Afrikada yaşayan ovçu-toplayıclar hələ 60 min il əvvəl kvarsdan hazırlanmış ox ucluqlarına zəhərli bitki qarışıqları çəkiblər. Bu kəşf insanların zəhərdən silah kimi istifadəsinin elmi cəhətdən təsdiqlənmiş tarixini 50 min ildən çox geri çəkir.
İndiyədək zəhərli silahların istifadəsinə dair ən erkən birbaşa sübutlar Cənubi Afrikadakı Krüger mağarasından tapılmış təxminən 6 800 illik sümük ucluqlar və Misirdəki bir məzardan çıxan 4 000 ildən bir qədər artıq yaşı olan sümük oxlar hesab edilirdi.
Tarixi mənbələrdə qeydə alınmış məlumatlara görə, Cənubi Afrikadakı 269 ovçu-toplayıcı qrupundan 168-i zəhərli oxlardan istifadə edib. Bu, sözügedən praktikanın geniş yayılmış olduğunu göstərir.
Alkaloid izlərinin 60 min il ərzində qorunub saxlanması isə onların kimyəvi sabitliyi ilə izah olunur: bu maddələr suda zəif həll olunur və parçalanmaya davamlıdır.
2026-01-09
21:31:10
Cənubi Afrikada ən Qədim Zəhərli Silahlar Aşkarlanıb
Digər Xəbərlər
-
Naqillər üzərinə Qonan Quşları Niyə "tok" Vurmur? - Fenomenin Fizikası
2026-01-11 10:41:11 -
Tənəffüs Yollarında Səssiz Inkişaf Edən Xəstəliklər - Pnevmoniya Necə Aşkar Olunur?
2026-01-11 10:11:06 -
Qiyməti 4 Manatdan Başlayır - ASILILIQ YARADIR
2026-01-11 00:13:10 -
Soyuq Havalarda Kombinin Temperaturunu Yüksəltməyin: Səbəb
2026-01-10 23:51:10 -
Evdəki Partlamağa Hazır Bombalar: Hansı Cihaz Nə Dərəcədə Risk Daşıyır?
2026-01-10 23:41:09