Atalıq Kişiləri Daha Məhsuldar Edir: Yeni Elmi Araşdırma

Yeni araşdırma atalığın kişilərin iş qabiliyyətinə müsbət təsir etdiyini ortaya çıxarıb. Alimlər, atalıq və çoxuşaqlılığın kişilərin yaradıcılıq fəaliyyətinə mane olmadığını, əksinə, bəzi hallarda onların peşəkar aktivliyini artırdığını müəyyən ediblər.

Rusiyalı alim Pyotr Kuliçkinin apardığı araşdırmada müxtəlif dövrlərə aid 6453 bəstəkarın bioqrafiyası təhlil edilib. Alim, bəstəkarların yaradıcılıq aktivliyini övladlarının doğulduğu dövrlərlə müqayisə edib.

Araşdırmanın nəticələri göstərib ki, bir çox bəstəkar məhz övladlarının dünyaya gəldiyi dövrdə daha böyük həcmli əsərlər - simfoniyalar, operalar və konsertlər yazmağa başlayıblar.

Tədqiqatın