Rusiya Səhiyyə Nazirliyinin N.N. Bloxin adına Onkologiya Mərkəzinin alimləri arı zəhərinin əsas komponenti – melittinin xərçəng müalicəsində istifadə oluna biləcəyini müəyyən ediblər.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, melittin az miqdarda istifadə edildikdə xərçəng hüceyrələrinin əksəriyyətini məhv edir, lakin sağlam hüceyrələrə zərər vurmur. Maddə xərçəng hüceyrələrinin səthindəki spesifik reseptorlarla qarşılıqlı əlaqəyə girərək onların "özünü məhv etmə" prosesini – apoptozu işə salır.
Tədqiqatçılar melittinin toksikliyini azaltmaq üçün onun molekullarını nanoquruluşlarda "bükmə" üsulu hazırlayıblar. Onların fikrincə, bu yanaşma maddənin bədən üçün təhlükəsiz şəkildə şişə yönləndirilməsinə imkan verir.
Laboratoriyada aparılan sınaqlar göstərib ki, melittin mədə, dəri, qaraciyər, mədəaltı vəzi və beyin mənşəli şiş hüceyrələrinin artımını əhəmiyyətli dərəcədə azaldır. Alimlər hesab edirlər ki, bu istiqamətdə aparılan işlər nəticəsində yaxın gələcəkdə xərçəngə qarşı yeni nəsil dərmanların yaradılması mümkün ola bilər.
2025-10-15
22:15:11
Arı Zəhəri Də Müalicəvi Imiş...
Digər Xəbərlər
-
Bu Bölgədə Xüsusi Bir Hadisə Baş Verir - Səbəbini Alimlər Də Bilmir
2025-10-15 23:46:10 -
Borş Sevərlərə Pis Xəbər: Bəzi Insanlar üçün Təhlükəlidir
2025-10-15 22:47:10 -
Dünyaca Məşhur Paris Hilton Türkiyəli Müğənni Haticeni Izləməyə Başladı
2025-10-15 20:55:11 -
Məşhur Futbolçu Ailəsi Ilə Parkda Görüntüləndi – Gizlənmək üçün üzünə şərf Bağladı
2025-10-15 14:32:10 -
"Arka Sokaklar"ın Hüsnü Çobanı Sosial Medianın Gündəmində – Tamaşaçı "Serialdan Getmə" Deyə Yalvardı
2025-10-15 14:06:11