Tərkibində heyvan zülalları olan qidaların istifadəsi ölüm riskinin artması ilə əlaqəli deyil və hətta xərçəngə qarşı qoruyucu xüsusiyyətlər təmin edə bilər.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, tədqiqatda yaşı 19 və daha yuxarı olan təxminən 16 min insanın məlumatları təhlil edilib.
Alimlər onların qida rasionunda heyvan və bitki zülallarının miqdarını və bunun ürək xəstəliyi və ya xərçəng riski ilə əlaqəsini araşdırıblar.
Məlum olub ki, daha çox ət istehlak edənlər arasında xərçəngdən ölüm halları xeyli azalıb. "Bu cür müşahidələr və klinik tədqiqatlardan əldə edilən məlumatları nəzərə alsaq, həm heyvan, həm də bitki mənşəli zülalları ehtiva edən məhsulların sağlamlığa və uzunömürlülüyü artırdığı aydın olur", - deyə tədqiqatda əks olunub.
Mənbə: https://sonxeber.az