Alimlər Qədim Molyuskların Yeni Növünü Tapdılar

Paleontoloqlar Sibirdə Yura dövrünün dənizlərində yaşamış qazıntı molyusklarının yeni növünü tapıblar. Oxu.Az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin "Nauka vı Sibiri" nəşri məlumat yayıb. Bu kəşf həmin orqanizmlərin Avropadan Arktikaya və Cənub yarımkürəsinə miqrasiyasını izləməyə imkan verib. "Lopatinia" qəbiləsindən olan ikilaylı molyuskların yeni növü Rusiya Elmlər Akademiyasının alimləri tərəfindən Anabar çayının orta axarında aşkarlanıb. Qazıntı halında tapılan orqanizmlər Yura dövrünün son mərhələsində dənizlərdə yaşayaraq, dəniz dibindəki orqanik maddələrlə qidalanıblar. Bu növ Sibirdə yaşamış ən qədim molyusk kimi müəyyən edilib.