121 Yaşlı Kişi Doğum Gününü Qeyd Edib öldü

Cənubi Afrikada dünyanın ən yaşlı kişisi olduğunu iddia edən Jan Stinberg adlı şəxs doğum gününü qeyd etdikdən cəmi bir neçə saat sonra astma tutmasından vəfat edib. Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, hadisə Yeni il günü Cənubi Afrikanın Şərqi Keyp vilayətində yerləşən Kolçester kəndində baş verib. O, 14 yaşından etibarən siqaret çəkdiyini və 121 yaşında olduğunu iddia edirdi. Onun bu iddiası təsdiqlənsəydi, dünyanın yaşayan ən yaşlı kişisi hesab edilərdi. Lakin 31 dekabr 1904-cü ildə doğulduğunu deyən bu şəxs rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı yaşayan kişisi kimi tanınmayıb.