12 övladı Olan Atanın Onlara Verdiyi Adlar Sosial Mediada Gündəm Olub - VİDEO

Denizlidə yaşayan bir ata övladlarına verdiyi adlarla sosial mediada diqqət mərkəzinə düşüb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ata, türk mədəniyyəti, tarixi və dastan qəhrəmanlarından ilhamlanaraq 12 uşağına fərqli və mənalı adlar verib. Ailənin ad siyahısında bu adlar yer alır: Oğuzhan, İlbilgə, Alper Tunga, Aybars Pusat, Selenge Senem, Aybike Həlimə, Hazərcan Nəşə, Ramazan Kürşat, Alperen Koray, Kurtcəbe Noyan, Subutay Noyan və Börübars Sancar. Siyahı sosial şəbəkələrdə paylaşıldıqdan qısa müddət sonra minlərlə istifadəçinin marağına səbəb olub. Bir qrup sosial media istifadəçisi bunu "türk tarixinə və mədəniyyətinə hörmət nümunəsi" kimi dəyərləndirib, digərləri isə "hər biri ayrı bir dastanın qəhrəmanı kimi səslənir" şəklində şərhlər yazıb. Ailə sosial mediada gündəmin diqqət mərkəzində qalmaqda davam edir.