"Borussiya Dortmund" və "Liverpul" klublarının keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasının (DFL) yeni ekspertlər komitəsinin tərkibinə daxil olub.
Oxu.Az bu barədə "The Sun" nəşrinə istinadən xəbər verir.
Komitənin rolu alman futbolunun inkişafına, böyüməsinə və ümumi rəqabət qabiliyyətinə yönəlik səylərdən ibarət olacaq.
Bu elit qrupa Kloppdan başqa, "Real Madrid"in sabiq futbolçusu Sami Xedira və Bundesliqa klublarının bir neçə rəhbərləri də daxildir.
Bu, Kloppun bu ilin əvvəlində "Liverpul"dan ayrıldıqdan sonra futbolda ilk rəsmi işidir. O, "Red Bull"da tutduğu vəzifədə qalmağa davam edəcək.
2025-10-19
22:11:11
Yurgen Kloppa Vəzifə Verildi
Digər Xəbərlər
-
Noyer Almaniya Bundesliqasında Rekord Qırdı
2025-10-19 21:31:06 -
Ronaldu Klub Səviyyəsində 800 Qol Vuran Ilk Futbolçu Oldu
2025-10-19 18:11:10 -
Lionel Messi MLS-in Müntəzəm Mövsümünün Bombardiri Olub
2025-10-19 15:31:10 -
Messinin Gələcək Karyerası Hansı Klubda Davam Edəcək? - İnsayderdən AÇIQLAMA
2025-10-19 15:01:10 -
Hidayət Heydərov Və Vüsal Qələndərzadə Qvadalaxarada Qızıl Medal Qazanıblar
2025-10-19 11:01:10