"Şəfa" futbol klubunda gözlənilməz istefa baş verib. Klub prezidenti Sərdar Salmanzadə tutduğu vəzifədən ayrılıb.
Salmanzadə istefa xəbərini təsdiqləyərək, ayrılıq səbəbinin strateji və fikir ayrılığı olduğunu bildirib. O, "Şəfa" FK-ya gələcək oyunlarda uğurlar arzulayıb və fəaliyyətini daha böyük layihələrlə davam etdirəcəyini qeyd edib.
Xatırladaq ki, "Şəfa" FK hazırda I Liqada 36 xalla liderdir.