"Sabah" "Şamaxı"ya Qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura start veriləcək. Qaynarinfo xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq. "Sabah" doğma meydanda "Şamaxı" ilə qarşılaşacaq. "Səbail" – "Zirə" və "Turan Tovuz" – "Neftçi" oyunları sabah, "Kəpəz" – "Sumqayıt" və "Qarabağ"– "Araz-Naxçıvan" matçları isə mayın 11-də keçiriləcək. Azərbaycan Premyer Liqası 34-cü tur 9 may "Sabah" – "Şamaxı" Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov. "Bank Respublika Arena", 19:00.

Mənbə: https://sonxeber.az