Ronaldu "Əl-Nəsr"i Tərk Edəcək?

Ronaldu
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu müqaviləsi başa çatdıqdan sonra Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunu tərk edə bilər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Marca" qəzeti yazıb. Bildirilib ki, Ronaldunun "Əl-İttihad" ilə matçda (2:3) məğlubiyyətə qəzəbli reaksiyası klub rəhbərliyinin xoşuna gəlməyib. Nəşr qeyd edib ki, komanda başa çatan mövsümdə məqsədinə çatmadığı üçün tərəflər gələcək barədə yenidən düşünməli olacaqlar. Eyni zamanda vurğulanıb ki, "Ən-Nəsr" və Ronaldu müqaviləni iki il uzatmaq barədə razılığa gəliblər. Nəşrin yazdığına görə, qarşıdan gələn klublararası dünya çempionatında oynamaq istəyi K.Ronaldunun "Ən-Nəsr"dən ayrılması üçün əlavə stimuldur. İddia edilir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) da portuqaliyalı futbolçunu iştirakçılar arasında görmək istəyir. "Ən-Nəsr" seçimdən keçə bilmədiyi üçün turnirə vəsiqə qazana bilməyəcək.

Mənbə: https://sonxeber.az