İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovskinin La Liqanın XVI turunda "Osasuna" ilə (2:0) oyunda meydana çıxmamasının səbəbi müəyyənləşib.
"Report" "Catalunya Radio"ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu budunun arxasındakı problemlər üzündən oyunda iştirak etməyib.
Buna baxmayaraq o, ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, R.Levandovski cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 17 matçda 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 9 milyon avro qiymətləndirir.
2025-12-14
16:41:09
Robert Levandovskinin "Osasuna" Ilə Matçda Meydana çıxmamasının Səbəbi Müəyyənləşib
Digər Xəbərlər
-
Qurbanov 15-ci Dəfə ən Yaxşı Baş Məşqçi Seçildi - Video
2025-12-15 14:08:07 -
Premyer Liqada 6000-ci Oyun: Zubir 200-ə çatdı
2025-12-15 11:38:09 -
Məşhur Amerikalı Güləşçi Peşəkar Karyerasını Başa Vurub
2025-12-14 20:51:10 -
İspaniya Klubu Baş Məşqçisini Istefaya Göndərib
2025-12-14 19:01:18 -
"Barselona"nın üzvü Ilk Dəfə Ardıcıl Iki Matçda Ehtiyat Oyunçular Skamyasından Meydana çıxmayıb
2025-12-14 17:31:10