"Şərabı "Sprite"la Içirəm Və Tez Sərxoş Oluram" - Messi

Argentina millisinin və "İnter Mayami" klubunun ulduzu Lionel Messi maraqlı açıqlamaları ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "TikTok" sosial çəbəkəsində çox vaxt keçirdiyini bildirib: "TikTok"da daha çox zaman keçirirəm. Hər şeyi izləyirəm. Bu şəbəkədə xeyli maraqlı videolara rast gəlir". Messi şərab içdiyini bildirib: "Mən şərab içməyi xoşlayıram. Amma şərabı "Sprite" ilə birlikdə içirəm. Çünki o zaman daha tez sərxoş oluram".