"O mənim dayımoğlu yox, qardaşım idi. Biz bir evdə böyümüşük".
Bunu "Qafqazinfo"ya açıqlamasında Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.
O, noyabrın 1-də meyiti tapılan dayısıoğlu Sabit Ağayevdən danışıb: "Həmin gecə xəbər tutdum. Mənim üçün dəhşətli xəbərdir. Onunla bir evdə yaşamışıq. Harasa bir yerə gedəndə onu dost-tanışa qardaşım kimi təqdim edirdim. Çünki biz həqiqətən, qardaş olmuşuq. Bu xəbər məni çox sarsıtdı. Həmin gecə belə bir hadisənin olduğunu öyrəndim və sabaha qədər yata bilmədim. Mən "Konyaspor"da çıxış edəndə o yanımda idi və bir evdə qalırdıq.
Bir müddət saçlarımı sarı rəngə boyamağımın səbəbi də Sabit idi. O, "Qalatasaray" futbolçusu Mauro İkardinin azarkeşi idi. Ona görə də məndən xahiş edirdi ki, saçımı sarı edim. Mən də etdim. Sabit özü də futbolçu olub. "Simurq" komandasında oynayırdı, əvəzedici heyətdə xeyli oyun keçirmişdi. Amma sonradan Zaqatala klubu dağıldığı üçün o da futbolun başını buraxdı. İşi var idi, hər şey qaydasında idi. Niyə intihar elədiyini heç bilmirəm... Çünki çox zarafatcıl, şən adam idi. Bir mesaj yazanda belə o qədər şən yazırdı ki, düşünürdün bundan xoşbəxt adam yoxdur. Nə baş verdi, nə oldu?.. Özü də evli idi, 4-5 aylıq uşağı var idi. Amma hamımızı bədbəxt eləyib getdi. Özümə gələ bilmirəm..."
M.Emreli həmçinin mərhum dayısıoğlu haqqında yayılan şayiələrə də aydınlıq gətirib: "Onun toy maşınını da mən idarə etmişəm. Nə problemi olsa, mənə deyərdi. Bilmirəm ki, niyə belə oldu?.. Hər kəs yazır ki, borcu var idi, bunlar boş söhbətlərdir. Heç kim çıxıb deyə bilməz ki, onun borcu var. Kirayə evə 2-3 həftə olardı ki, çıxmışdı. Amma hər kəs deyir ki, kirayədə yaşayıb, bunlar hamısı şayiədir. Elə bir məsələdir ki, ancaq ailəsi bilər. Biz qarışa bilmərik".
2025-11-03
11:07:09
"Saçlarımı Da Ona Görə Sarıya Boyamışdım..." - Mahir Emreli
Digər Xəbərlər
-
"Ona Xəyanət Etməmişəm" - Lamin Yamal
2025-11-03 22:31:03 -
"Qarabağ" - "Çelsi" Matçını Avstriyadan Olan Hakimlər Idarə Edəcək
2025-11-03 14:01:09 -
Məşhur Futbolçunun Iti Itdi, Tapana 20 Min Dollar Mükafat Ayırdı
2025-11-02 23:51:10 -
Arda Güler "Fənərbağça"ya Daha Iki Milyon Avro Qazandırdı
2025-11-02 22:51:11 -
Mbappe Avropanın ən Yaxşı Liqalarındakı Qol Sayına Görə Tyerri Anrini Geridə Qoyub
2025-11-02 18:00:11