"Qarabağ"ın Oyununa Biletlər Satışa çıxdı - İticket.az çökdü

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" – "Çelsi" matçının biletləri satışa çıxarıldıqdan sonra İticket.az saytında problem yaranıb. "Qafqazinfo" xəbər verir ki, hazırda bilet almaq istəyənlər sayta daxil olmaqda çətinlik çəkir. 15:00-da biletlərin satışa çıxarılmasından sonra yaranan problem 1 saatdır ki, davam edir. Qeyd edək ki, "Qarabağ" – "Çelsi" matçı noyabrın 5-i saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.