UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) oyununun biletləri satışa çıxıb.
"Qafqazinfo" xəbər verir ki, satışa saat 15:00-da start verilib.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır. 
 Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
2025-10-29
15:41:06                                                        
"Qarabağ" – "Çelsi" Matçının Biletləri Satışa çıxarıldı
Digər Xəbərlər
- 
                Yamalın Atasından "Real"a Növbəti "El Klassiko"da Cavab VƏDİ2025-10-30 20:46:10
- 
                Azərbaycan Basketbol Liqası: V Tura Start Verildi2025-10-30 17:46:11
- 
                "Qarabağ"a Rəqib Olan "İmişli"nin Paylaşımı Güldürdü - Video2025-10-30 15:28:10
- 
                AFFA "Kəpəz"i 10 Min Manat Cərimələdi2025-10-30 14:09:09
- 
                "Qarabağ"ın Oyununa Biletlər Satışa çıxdı - İticket.az çökdü2025-10-29 16:11:10
