"Qarabağ" UEFA Çempionlar Liqasının 4-cü turunda İngiltərə "Çelsi"sinə qarşı Bakıda keçiriləcək oyunu üçün bilet satışı davam edir.
Sonxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 27 250 bilet satılıb.
Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.
Xatırladaq ki, "Qarabağ" – "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
2025-10-31
15:02:11                                                        
"Qarabağ" – "Çelsi" Matçına Nə Qədər Bilet Satılıb?
Digər Xəbərlər
- 
                Yamalın Atasından "Real"a Növbəti "El Klassiko"da Cavab VƏDİ2025-10-30 20:46:10
- 
                Azərbaycan Basketbol Liqası: V Tura Start Verildi2025-10-30 17:46:11
- 
                "Qarabağ"a Rəqib Olan "İmişli"nin Paylaşımı Güldürdü - Video2025-10-30 15:28:10
- 
                AFFA "Kəpəz"i 10 Min Manat Cərimələdi2025-10-30 14:09:09
- 
                "Qarabağ"ın Oyununa Biletlər Satışa çıxdı - İticket.az çökdü2025-10-29 16:11:10
