"Real Madrid"in mərkəz müdafiəçisi Antonio Rüdiger "Qalatasaray"a keçə bilər.
Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" 32 yaşlı alman futbolçunu qış transfer pəncərəsinin əsas hədəfi kimi nəzərdən keçirir.
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk da bu transferin həyata keçirilməsinə razılıq verib. "Qalatasaray" əvvəlcə futbolçu ilə danışıqlar aparmağı, daha sonra "Real Madrid" klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Rüdiger "Real Madrid"də 2022-ci ilin yayından çıxış edir. Bu müddət ərzində o, bütün turnirlər daxil olmaqla 161 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubla mövcud müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Onun qiyməti 12 milyon avro olaraq dəyərləndirilir.
2025-12-13
22:01:09
"Qalatasaray" Rüdigeri Transfer Etmək Istəyir
Digər Xəbərlər
-
Qurbanov 15-ci Dəfə ən Yaxşı Baş Məşqçi Seçildi - Video
2025-12-15 14:08:07 -
Premyer Liqada 6000-ci Oyun: Zubir 200-ə çatdı
2025-12-15 11:38:09 -
Məşhur Amerikalı Güləşçi Peşəkar Karyerasını Başa Vurub
2025-12-14 20:51:10 -
İspaniya Klubu Baş Məşqçisini Istefaya Göndərib
2025-12-14 19:01:18 -
"Barselona"nın üzvü Ilk Dəfə Ardıcıl Iki Matçda Ehtiyat Oyunçular Skamyasından Meydana çıxmayıb
2025-12-14 17:31:10