"Qalatasaray" - "Fənərbağça" Finalının Saatı Dəyişdirildi

Sabah axşam İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" Super Kubok finalının başlama saatı dəyişdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Beləliklə qarşıaşa əvvəlcədən nəzərədə tutulduğu kimi, Bakı vaxtı ilə saat 21.30-da yox, 19.45-də başlayacaq. Matç saatının dəyişdirilməsi meteoroloji qiymətləndirmələr və İstanbul Valiliyinin güclü yağış və küləklə bağlı xəbərdarlıqları əsasında edilib. Oyunu Halil Umut Meler idarə edəcək.