Luçano Spalletti səmimi müsahibə verərək futbolun həyatını məhv etdiyini deyib.
"Futbol həyatımı alt-üst etdi. Futbolu özümdən çox sevdim, ən yaxın insanları qurban verdim..."
İtaliyalı mütəxəssis deyib ki,Norveçə məğlubiyyət heç vaxt unudulmayacaq: "Gecələr məni oyaq saxlayır. Bu, bütün həyatıma təsir etdi.
Bəzən özümü xoşbəxt hiss edirəm, amma tez keçir. Futbolçuları onları sevdiyimə inandıra bilmədim".
Spaletti hələ də milli komandadan qovulmasından narahatdır.
Mütəxəssis 2023-cü ilin sentyabrında milli komandanın başına keçib. O, komandanı 2024-cü il Avropa çempionatıa ə aparıb və 2025-ci ilin iyununda 2026-cı il dünya çempionatının seçmə mərhələsində Norveçə 3:0 hesablı məğlubiyyətlə başladıqdan sonra qovulub.
66 yaşlı Spallettidən növbəti işinə hazır olub-olmadığını soruşublar.
"Hazırda İtaliya millisindəki iş təcrübəm hələ də beynimdə həkk olunub.
Mən onu unutmağa çalışmamışam; təcrübəni və onun bizə verdiyi hər şeyi qəbul etməliyik. İşlər istədiyim kimi getmədi, amma mən buna hər şeyimi verdim. İndi bu ağrı ilə barışmaq üçün bir az vaxt lazımdır, sonra hər şeyi yenidən başlayacağam.
Davam etmək istəməsəydim, gedərdim, amma məni işdən çıxardılar", - Spalletti deyib.
Luçanonun karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi bildirilir. "Əl-İttihad" italiyalını qovulmuş Loran Blanın əvəzedicisi kimi nəzərdən keçirir. /Lent.az
2025-10-04
19:11:06
"Futbol Həyatımı Məhv Etdi"
Digər Xəbərlər
-
Yamalın Atasından "Real"a Növbəti "El Klassiko"da Cavab VƏDİ
2025-10-30 20:46:10 -
Azərbaycan Basketbol Liqası: V Tura Start Verildi
2025-10-30 17:46:11 -
"Qarabağ"a Rəqib Olan "İmişli"nin Paylaşımı Güldürdü - Video
2025-10-30 15:28:10 -
AFFA "Kəpəz"i 10 Min Manat Cərimələdi
2025-10-30 14:09:09 -
"Qarabağ"ın Oyununa Biletlər Satışa çıxdı - İticket.az çökdü
2025-10-29 16:11:10