"Qarabağ"la Oyuna Biletlərin Qiyməti 40-60 Avrodur

UEFA Çempionlar Liqasının liqa mərhələsində baş tutacaq "Benfika" (Portuqaliya) – "Qarabağ" matçının biletlərinin qiyməti müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sentyabrın 5-də satışa çıxarılacaq biletlərin qiyməti 40-60 avro aralığında dəyişir. VİP biletlərin qiyməti barədə isə məlumat verilməyib. Qeyd edək ki, "Qarabağ" Portuqliya təmsilçisi ilə UEFA Çempionlar Liqasının 1-ci turunda üz-üzə gələcək. Oyun sentyabrın 16-da, saat 23:00-da start götürəcək.

Mənbə: https://sonxeber.az