Premyer Liqanın X Turunda Bu Gün Daha Iki Oyun Keçiriləcək

Misli Premyer Liqasının X turunda bu gün daha iki oyun keçiriləcək. Qaynarinfo xəbər verir ki, günün ilk qarşılaşmasında "Karvan-Yevlax" Şamaxıda "Zirə"ni qəbul edəcək. Matç saat 14:00-da başlayacaq. Ardınca "Neftçi" autsayder "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək. "Palms Sports Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək. "Zirə" 16 xalla üçüncü sırada qərarlaşıb.12 xalı olan "Neftçi" səkkizinci, 5 xala malik "Karvan-Yevlax" onbirincidir. Cari mövsüm cəmi 1 qələbəsi olan "Kəpəz" 3 xalla sonuncu - onikinci pillədə yer alıb. Misli Premyer Liqası I dövrə, X tur 1 noyabr 14:00. "Karvan-Yevlax" – "Zirə" Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli. VAR: Elçin Məsiyev. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Elman Musayev. Şamaxı şəhər stadionu 17:00. "Neftçi" – "Kəpəz" Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov. VAR: Rauf Cabarov. AVAR: Namiq Hüseynov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Azər Əsgərov. "Palms Sports Arena" Qeyd edək ki, turun açılış qarşılaşmasında "Qarabağ" "İmişli"ni iki cavabsız qolla üstələyib.