Nəriman Axundzadəyə 2 Milyon Avro Qiymət Qoyuldu

Nəriman Axundzadəyə 2 Milyon Avro Qiymət Qoyuldu
Məşhur "Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətlərini açıqlayıb. Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilk "3-lük"də "Qarabağ"ın futbolçuları qərarlaşıb. Ağdam klubunun yarımmüdafiəçiləri Kadi Borges və Leandro Andrade 2,5 milyon avro ilə siyahıya başçılıq edir. Dəyəri 2 milyon avroya yüksələn Nəriman Axundzadə isə 3-cü pillədə qərarlaşıb. Qeyd edək ki, "Qarabağ"ın futbolçularının bir çoxunun transfer qiymətində artım müşahidə olunub.

Mənbə: [https://sonxeber.az]