Nəriman Axundzadənin Abş Səfəri Rəsmiləşdi: Tarix Bəlli Oldu!

Azərbaycan milli komandasının üzvü Nəriman Axundzadənin ABŞ-yə transferi üçün bütün maneələr aradan qaldırılıb. "Kolambus Kryu" klubu ilə müqavilə bağlayan futbolçu, iş icazəsini rəsmən əldə edib.

Forvardın meneceri Tural Əsgərovun verdiyi məlumata görə, viza prosesləri də yekunlaşmaq üzrədir. Gözləntilərə görə, Nəriman Axundzadə növbəti həftənin əvvəlində ABŞ vizasını alaraq, martın 10-11-də "Kolambus Kryu"nun təlim-məşq toplanışına qoşulacaq.

Xatırladaq ki, Nəriman Axundzadə fevralın 10-da "Kolambus Kryu" ilə 3,5 illik müqavilə imzalayıb. Lakin işçi vizasının alınması prosesinin uzanması səbəbindən onun ABŞ-yə səfəri bir müddət təxirə düşmüşdü.