Nəriman Axundzadə Azərbaycan Millisinin Heyətindən çıxarılıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın rəsmi saytına istinadəb xəbər verir ki, futbolçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb. Qeyd edək ki, komanda DÇ-2026-nın seçmə mərhələsində, sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığması ilə üz-üzə gələcək. Milli sentyabrın 5-də səfərdə İslandiyaya beş cavabsız qolla uduzub.

Mənbə: https://sonxeber.az