Müsahibə Verdiyi Zamanı Atışma Başladı Və Hadisə Gərgin Anlara Səbəb Oldu - VİDEO

Müsahibə Verdiyi Zamanı Atışma Başladı Və Hadisə Gərgin Anlara Səbəb Oldu - VİDEO
Barcelona-da da oynamış, hazırda Vasco da Gama-nın ulduz futbolçusu olan 32 yaşlı Philippe Coutinho, Braziliyanın Globo kanalına verdiyi müsahibə zamanı gözlənilməz hadisə yaşadı. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, müsahibə zamanı ətrafdan gələn silah səsləri onu sarsıtdı və təəccübünü gizlədə bilmədi. Hadisə Rio de Janeiro şəhərinin Qərb bölgəsində, Cidade de Deus məhəlləsində, Moacyr Barbosa Təhsil Mərkəzinin yaxınlığında baş verdi. Globo-nun xəbərinə görə, ərazidə baş verən atışmalar müsahibənin iki dəfə yarımçıq qalmasına səbəb oldu. Video görüntülərdə ilk anda səslərə reaksiya verməyən Coutinho-nun sonradan vəziyyətin ciddiliyini anlayaraq narahat olduğu görünür. Bu hadisə Braziliyada geniş əks-səda doğurdu və təhlükəsizlik məsələlərinə bir daha diqqət çəkdi.

Mənbə: https://sonxeber.az