Mirça Luçesku Futbol Tarixində Millidə çalışan ən Yaşlı Baş Məşqçi Olub

Rumıniyalı mütəxəssis Mirça Luçesku futbol tarixində millidə çalışan ən yaşlı baş məşqçi olub. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu ötən gün paytaxt Buxarestdə keçirilən Kanada ilə yoldaşlıq matçında qeydə alınıb. Oyun zamanı məşqçi 80 yaş 1 ay və 7 günlüyündə olub. Beləliklə M.Luçesku millidə çalışan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Əvvəlki rekord uruqvaylı Roke Maspoliyə məxsus idi. O, 1997-ci ildə Uruqvay millisini çalışdırarkən 80 yaş 1 ay və 4 günlüyündə olub. Qeyd edək ki, Rumıniya - Kanada görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: https://sonxeber.az