Messi MLS Tarixində Ilkə Imza Atdı

38 yaşlı Lionel Messi bu təqvim ilində bütün yarışlarda 40 qol vurub. Oxu.Az bu barədə "Euro-football" nəşrinə istinadən xəbər verir. Hücumçu MLS müntəzəm çempionatında "Neşvill"lə keçirilən pley-off matçında "İnter Mayami"nin heyətində qol vuraraq 40 qol həddinə çatıb. Bununla da argentinalı ulduz MLS tarixində bütün yarışlarda bir ildə 40 qol vuran ilk oyunçu olub. Əvvəllər MLS-dən heç kim bir ildə 38-dən çox qol vurmamışdı.