Amerika futbolunun tanınmış simalarından biri olan Nik Menqold sosial şəbəkə hesabında böyrək donoru axtardığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, idmançı pərəstişkarlarından böyrəklərini ona bağışlamağı xahiş edib.
O, böyrək transplantasiyası planlaşdırdığını və izləyicilərindən birinin potensial donor ola biləcəyini istisna etməyib:
"2006-cı ildə mənə xroniki böyrək xəstəliyinə səbəb olan genetik qüsur diaqnozu qoyuldu. Bilirdim ki, böyrək transplantasiyası qaçılmazdır. Təəssüf ki, hazırda donor ola biləcək qohumlarım yoxdur".
Transplantasiya üçün donordan əlavə, futbolçu maliyyə vəsaitinə də ehtiyac duyur. O, ianə vermək istəyən hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, 41 yaşlı Menqold 2016-cı ildə peşəkar karyerasını başa vurub. O, NFL-də "Nyu-York Cets" klubunda 171 oyunda iştirak edib.
2025-10-17
21:31:10
Məşhur Futbolçu Tərəfdarlarına çağırış Etdi: Böyrək Donoru Və Pul Axtarır
Digər Xəbərlər
-
Portuqaliyalı Motosikletçi Yarış Zamanı öldü
2025-10-18 22:51:10 -
Kilian Mbappenin Zədəsi Sağalıb
2025-10-18 16:21:09 -
Rəşad Nəbiyev Yenidən Federasiya Prezidenti Seçildi
2025-10-18 14:57:10 -
Toral Heç Səhv Etmədi... - Video
2025-10-18 14:02:10 -
Arda Turan Azyaşlı Azarkeşə əsəbiləşdi - Video
2025-10-17 22:31:10