Məşhur amerikalı güləşçi Con Sina peşəkar karyerasını başa vurub.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı idmançı dekabrın 14-nə keçən gecə "World Wrestling Entertainment" (WWE) promouşenində son görüşünü keçirib.
ABŞ-nin paytaxtı Vaşinqtonda "Kepital Uan-Arena"da baş tutan "WWE Saturday Night's Main Event XLII" turnirində rəqibi Qunterə boğma fəndi ilə məğlub olduqdan sonra Sina idman ayaqqabılarını çıxrarıb rinqin mərkəzinə qoyaraq karyerasını bitirdiyini elan edib.
Qeyd edək ki, C.Sina peşəkar güləşçi olmaqla yanaşı, həmçinin aktyor kimi filmlərdə də rol alıb. O, WWE-də 2002-ci ildə debüt edib. Karyerası ərzində WWE promouşenində 17 titul qazanmış güləşçi bu göstəricidə mütləq rekordçudur.
2025-12-14
20:51:10
Məşhur Amerikalı Güləşçi Peşəkar Karyerasını Başa Vurub
Digər Xəbərlər
-
Qurbanov 15-ci Dəfə ən Yaxşı Baş Məşqçi Seçildi - Video
2025-12-15 14:08:07 -
Premyer Liqada 6000-ci Oyun: Zubir 200-ə çatdı
2025-12-15 11:38:09 -
İspaniya Klubu Baş Məşqçisini Istefaya Göndərib
2025-12-14 19:01:18 -
"Barselona"nın üzvü Ilk Dəfə Ardıcıl Iki Matçda Ehtiyat Oyunçular Skamyasından Meydana çıxmayıb
2025-12-14 17:31:10 -
Robert Levandovskinin "Osasuna" Ilə Matçda Meydana çıxmamasının Səbəbi Müəyyənləşib
2025-12-14 16:41:09