İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Avropanın top-5 liqalarında vurulan qolların sayına görə həmyerlisi Tyerri Anrini geridə qoyub.
"Report"un məlumatına görə, fransalı hücumçu buna La Liqanın XI turunda "Valensiya"ya qalib gəldikləri (4:0) matçda dubl etməklə nail olub.
O, Avropanın ən yaxşı beş çempionatında 291-ci qarşılaşmada 235-ci qoluna imza atıb.
Tyerri Anri 459 görüşdə 233 dəfə fərqlənmişdi.
Qeyd edək ki, Mbappe PSJ və "Monako"da 191, "Real"da 44 dəfə rəqib qapılarına yol tapıb.
2025-11-02
18:00:11
Mbappe Avropanın ən Yaxşı Liqalarındakı Qol Sayına Görə Tyerri Anrini Geridə Qoyub
Digər Xəbərlər
-
Məşhur Futbolçunun Iti Itdi, Tapana 20 Min Dollar Mükafat Ayırdı
2025-11-02 23:51:10 -
Arda Güler "Fənərbağça"ya Daha Iki Milyon Avro Qazandırdı
2025-11-02 22:51:11 -
Messi MLS Tarixində Ilkə Imza Atdı
2025-11-02 16:21:09 -
2025-ci Ildə Indiyədək Beynəlxalq Oyunlarda ən çox Qol Vuran Futbolçu Açıqlanıb
2025-11-02 15:51:09 -
Azərbaycan Döyüşçüsü "One Championship"də Möhtəşəm Dönüş Etdi!
2025-11-02 14:43:11