İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukaku "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.
"Qafqazinfo" xəbər verir ki, 32 yaşlı belçikalı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib.
Buna səbəb kimi forvardın zədəli olması göstərilib. Hazırkı İtaliya çempionu "Mançester Yunayted"dən aldığı Rasmus Hoylundu siyahıya daxil edib.
Bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.
Mənbə: https://sonxeber.az