İngiltərənin "Liverpul" klubu argentinalı yarımmüdafiəçi Aleksis Makallister ilə yeni müqavilə imzalamağı planlaşdırır. Klub rəhbərliyi dünya çempionu olan futbolçunun komandada qalmasını istəyir.
Məlumata görə, Makallisterin stabil oyunu və komanda üçün əhəmiyyətli oyunçulardan biri olması bu qərarın əsas səbəbidir.
Maraqlıdır ki, İspaniyanın nəhəng klubu "Real Madrid" də oyunçu ilə yaxından maraqlanır. Madrid klubu gələcəkdə mümkün transfer üçün vəziyyəti diqqətlə izləyir.