İzləyənləri Dəhşətə Gətirdi: Futbolçuya Amansız Müdaxilə Sosial Mediada Qəzəb Yaratdı - VİDEO

İzləyənləri Dəhşətə Gətirdi: Futbolçuya Amansız Müdaxilə Sosial Mediada Qəzəb Yaratdı - VİDEO
Kolumbiyada keçirilən "Junior de Barrankilya" – "América de Cali" oyunu son dəqiqədə yaşanan hadisə ilə gündəmə gəlib. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, "Junior"un paraqvaylı hücumçusu Gilermo Payva, 91-ci dəqiqədə topu ələ keçirərək hücuma çıxmaq istəyərkən rəqib oyunçu Joider Mikoltanın çox sərt müdaxiləsinə məruz qalıb. Mikolta sürüşərək onun ayaq biləyinə basıb və bu zaman futbolçunun ayağı qeyri-təbii şəkildə burxulub. Payva acı içində yerə yıxılıb. Hakim dərhal Mikoltaya qırmızı vərəqə göstərib. "Junior" klubunun verdiyi açıqlamaya görə, Payva "travmatik ayaq biləyi burxulması" diaqnozu ilə xəstəxanaya aparılıb və müalicəyə başlanılıb. Onun nə vaxt meydana qayıdacağı hələ bəlli deyil, amma ilkin ehtimallara görə futbolçu bu mövsüm bir daha oynaya bilməyəcək. Hadisədən sonra sosial mediada Mikoltaya qarşı böyük qəzəb olub. Bəzi istifadəçilər onu hətta təhdid ediblər. Futbol ictimaiyyəti də bu epizodu tənqid edib və "bu cür müdaxilələr futbola yaraşmır" fikirlərini bölüşüb.

Mənbə: https://sonxeber.az