İtaliya Klubu Baş Məşqçisi Ilə Yollarını Ayırıb

İtaliyanın "Cenoa" klubunun baş məşqçisi Patrik Vieyra vəzifəsindən ayrılıb. "Report" xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Komanda müvəqqəti olaraq Roberto Murqitaya tapşırılıb. Qeyd edək ki, "Cenoa" A Seriyasında 9 oyundan sonra 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.