Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirində 2 qızıl, 1 bürünc medal qazanıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu üstələməklə qızıl medal qazanıb.
Eyni uğura Vüsal Qələndərzadə (81 kq) də imza atıb. O, turnirin həlledici görüşündə Eetu İhanamakiyə (Finlandiya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rəşid Məmmədəliyev isə (73) üçüncü yer uğrunda görüşdə kanadalı Castin Lemirzeni məğlub edərək bürünc medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar. Əhməd Yusifov (60 kq) isə bürünc mükafata sahib çıxıb.
2025-10-19
11:01:10
Hidayət Heydərov Və Vüsal Qələndərzadə Qvadalaxarada Qızıl Medal Qazanıblar
Digər Xəbərlər
-
Ronaldu Klub Səviyyəsində 800 Qol Vuran Ilk Futbolçu Oldu
2025-10-19 18:11:10 -
Lionel Messi MLS-in Müntəzəm Mövsümünün Bombardiri Olub
2025-10-19 15:31:10 -
Messinin Gələcək Karyerası Hansı Klubda Davam Edəcək? - İnsayderdən AÇIQLAMA
2025-10-19 15:01:10 -
Portuqaliyalı Motosikletçi Yarış Zamanı öldü
2025-10-18 22:51:10 -
Kilian Mbappenin Zədəsi Sağalıb
2025-10-18 16:21:09