Azərbaycanın karate üzrə güclü milli komandası var və onlar daim yüksək nəticələr göstərirlər
Bu barədə "Report"un Gürcüstan bürosuna açıqlamasında ölkənin Karate Federasiyasının prezidenti Timur Qiqnadze bildirib.
Onun sözlərinə görə, Tbilisidə Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə keçirilən "Karate 1 - Series A" turniri yüksək səviyyədə davam edir. Yarışın ikinci günündə 77 ölkəni təmsil edən 1200-dən çox idmançı mübarizə aparır.
Turnirdə dünyanın ən yüksək dərəcəli beynəlxalq hakimləri iştirak edir və Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos da Gürcüstandadır və yarışları yaxından izləyir.
Federasiya prezidenti xüsusilə Azərbaycan yığma komandasının çıxışını yüksək qiymətləndirib:
"Azərbaycan bu yarışda çox güclü komanda ilə təmsil olunur. Artıq hamıya bəllidir ki, Azərbaycanın karate üzrə güclü milli komandası var və onlar daim yüksək nəticələr göstərirlər. Burada Azərbaycan Karate Federasiyasının böyük və sistemli zəhməti var".
Timur Qiqnadze vurğulayıb ki, Azərbaycan karate idmanında gələcəkdə də yüksək peşəkarlıq nümayiş etdirəcək:
"Azərbaycanla bizi qədim dostluq əlaqələri birləşdirir. Azərbaycanda idmanın inkişafı Gürcüstan üçün də önəmlidir və biz hər zaman bir-birimizi dəstəkləyirik. Fürsətdən istifadə edərək Azərbaycan tərəfinə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, "Karate 1 - Series A" turniri Dünya Karate Federasiyasının rəsmi reytinq yarışlarından biridir və Olimpiya xallarının toplanması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan bu yarışda 21 idmançı ilə təmsil olunur.
2026-01-10
15:04:09
Gürcüstan Karate Federasiyasının Prezidenti: Azərbaycan Komandası çox Güclüdür
Digər Xəbərlər
-
Ronaldo Toydan Sonra Dəbdəbəli Villasını Satacaq
2026-01-10 23:21:05 -
"Mançester Yunayted"dən Qovulan Ruben Amorimin Hansı Klubu Idarə Edə Biləcəyi Məlum Oldu
2026-01-10 20:41:06 -
"Mançester Yunayted" Ueyn Runinin Oğluna Qadağa Qoyub
2026-01-10 17:41:10 -
Türkiyə Superkubokunun Qalibi Bu Gün Müəyyənləşəcək
2026-01-10 10:15:07 -
"Qalatasaray" - "Fənərbağça" Finalının Saatı Dəyişdirildi
2026-01-09 17:47:05