Amerikanın "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən futbol tarixinin ən yaxşı oyunçusu seçilib.
Bu barədə Oxu.Az təşkilatın saytına istinadla xəbər verir.
O, müvafiq olaraq ikinci və üçüncü yerləri tutan braziliyalı Pele və həmyerlisi Dieqo Maradonanı qabaqlayıb.
Portuqaliya millisinin heyətində beşqat "Qızıl top"un sahibi və Avropa çempionu Kriştianu Ronaldu dördüncü olub.
Qeyd edək ki, L.Messi nüfuzlu "Qızıl top" mükafatının səkkiz dəfə qalibidir.
Mənbə: https://sonxeber.az