DÇ-2026: Azərbaycan Millisi Ukraynaya Qarşı

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək. Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Polşada Ukrayna yığması ilə üz-üzə gələcək. Qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Görüşü avstriyalı Sebastyan Qişamer idarə edəcək. Azərbaycan yığması qrupda ilk xalını da məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi. Qeyd edək ki, Fransa D qrupunda 9 xalla liderdir. Ukrayna 4 xalla ikinci, İslandiya 3 xalla üçüncü, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədə qərarlaşıb. DÇ-2026 Seçmə mərhələ D qrupu 13 oktyabr 22.45 Ukrayna - Azərbaycan Baş hakim: Sebastian Qişamer. "Krakoviya" stadionu.