"Çelsi" "Mançester Yunayted"in Futbolçusunu Transfer Etdi

Argentinalı vinger Alexandro Qarnaço "Mançester Yunayted"dən "Çelsi"yə keçib. Oxu.Az xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb. 21 yaşlı futbolçunun müqaviləsi 2032-ci ilə qədərdir. Jurnalist Fabrizio Romanonun dediyinə görə, Qarnaçonun "Çelsi"yə transferi təxminən 40 milyon funt-sterlinq dəyərində olub. Qeyd olunur ki, London klubuna transferin təşəbbüskarı da futbolçu özü olub. Qarnaço 16 yaşında "Atletiko"dan "Mançester Yunayted"ə gəlib və klubun akademiyasının məzunudur. "Qırmızı şeytanlar"ın əsas komandasındakı karyerası ərzində hücumçu bütün turnirlərdə 144 matçda iştirak edib, 26 qol vurub, 22 məhsuldar ötürmə edib.

Mənbə: https://sonxeber.az