Azərbaycan Millisinin Futbolçusu əsas Heyətdən Kənarlaşdırıldı

"Polessye"də (Ukrayna) çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib. Sonxeber.az Sportinfo.az-a istinadən xəbər verir ki, Mustafayevdən başqa klubunun daha 5 futbolçusu da əsas komandadan uzaqlaşdırılıb. Baş məşqçi Ruslan Rotanın planlarında bu futbolçuların olmadığı bildirilib. Emil Mustafayev bu mövsüm "Polessye"nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb. "Polessye" hazırda 3 xalla Ukrayna Premyer Liqasında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Mənbə: https://sonxeber.az